Xocalıda yanğın törədən şəxs SAXLANILDI

17:18 13.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub.

Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

B.Əhmədov barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.