Xocavənddə ermənilərin tərk etdiyi mövqelərdə silah-sursat aşkarlanıb

13:58 23.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdə erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.