Xocavənddə fəhlələri daşıyan avtobus aşıb: xeyli yaralı var

22:35 02.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, 9 nəfər yaralanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.