Xocavənddə silah-sursat aşkar edilib - VİDEO

10:18 17.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən xəbərə görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.