Xocavəndə yeni prokuror təyin edildi

17:27 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi rayon prokurorunun müavini Taleh Osmanov tutduğu vəzifədən azad edilib.

 

Hafta.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

 

K.Əliyevin digər əmri ilə o, Xocavənd rayonunun prokuroru təyin olunub.

 

Baş Prokurorluğun Mətbuat Xidməti təyinatla bağlı məlumatı təsdiqləyib.