Xudatda məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

15:54 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

 

Hafta.az xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən bildirilib ki, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.(Apa.az)