Yanğın baş verən əraziyə 6 təcili tibbi yardım cəlb edilib - TƏBİB

14:25 27.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB Bakıdakı yanğınla bağlı açıqlama verib.

Hafta.az xəbər verir ki, qurumdan verilən məlumata görə, bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

"Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib", - məlumatda deyilir.

Qeyd olunub ki, indiyədək hadisə ilə əlaqədar təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.