Yanğına görə bağlanan yollar açılıb

19:16 20.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində baş verən yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.