Yanmış meyitin kimliyi müəyyənləşdi

10:05 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.

Hafta.az xəbər verir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.

Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ilkin məlumatda 2 nəfərin meyitinin zibilxanada aşkarlandığı bildirilmişdi.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.