Yaponiya Peskov və Kadırova sanksiya tətbiq edib

09:38 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiya hökuməti daha 20 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Hafta.az-ın xəbərinə görə, siyahı Yaponiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Siyahıda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyasının rəhbəri Sergey Kirienko və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adları yer alır. Biznesmenlərdən Alişer Usmanov və Rottenberqov qardaşları da siyahıya salınıb.

Yaponiya eyni gündə Belarusun 12 fiziki və 10 hüquqi şəxsinə qarşı da sanksiya tətbiq edib.