“YAŞAT” Fondu tərəfindən bu il də ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 AZN pul mükafatı veriləcək.
Fonddan hafta.az-a bildirilib ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali təhsil müəssisələrinə qəbul olan şəhid ailə üzvləri ilə görüşüb.
Ülvi Mehdiyev onları bu əlamətdar hadisə münasibətilə təbrik edib, təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş iştirakçılarına Fond tərəfindən təsis olunmuş 2000 AZN birdəfəlik pul mükafatının sertifikatları təqdim olunub.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafat haqqında ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.