Yaşını təxmin edə bilməyəcəyimiz Hollivud ulduzları

10:25 04.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanki dondurucuda yatırlar, cavanlaşdıran sehri alma yeyirlər və ya sadəcə bu dünyadan deyillər. Bəlkə sirləri dünya məşhuru olmalarındadır?

Hafta.az olaraq bir sıra dünya məşhurlarının həmişəcavan qalmaları barədə danışacağıq:

Farrel Uilyams

Farrel Uilyamsın neçə yaşında olduğunu bilmirsinizsə, onun gənc nəslin gələcək reperi olduğunu düşünə bilərsiniz. Əslində ulduzun artıq 50-dən çox yaşı var. Əsl pərəstişkarları Farrel haqqında çox şey bilirlər, lakin kumirlərinin yaşını öyrənəndə təəccüblənirlər. Çox gənc görünür, üzündə “gözəllik iynəsi” və ya cərrahi əməliyyatdan əsər-əlamət yoxdur.

Uilyams müsahibəsində kişilərə qarşı bütün qərəzlərə baxmayaraq, dərisinə yaxşı qulluq etdiyini və gözəllik rejiminin onun üçün məcburi olduğunu deyir. Gənc, sağlam və parlaq üzün sirri dərinin daha tez yenilənməsinə kömək edən pilinqdən istifadə edir. Həmçinin, təmizləmə və nəmləndirməni də unutmur.

“İnsanlar həmişə deyirlər ki, dəriyə qulluq, ümumiyyətlə sağlam dəri qadınlar üçündür. Amma düşünürəm ki, bu, bütün insanlar üçün yaxşıdır”, - Farrel bildirib.

Şakira

Şakiranı Latın popunun əfsanəsi adlandırırlar. Çoxları müğənninin Jerar Pikedən ayrıldıqdan sonra daha cazibədarlaşdığına inanır. Şakira hesab edir ki, hər bir qadının daxili vəziyyəti və əhval-ruhiyyəsi onun xarici görünüşündə əks olunur. Ancaq gəncliyin yeganə sirri bu deyil.

Şakiranın həyatına müntəzəm fiziki fəaliyyət daxildir və o, rəqs zalında çox vaxt keçirir. Ulduz həmçinin həmişə yüksək SPF günəş kremindən və mütəmadi olaraq vitaminlər qəbul edir.

“Məncə gözəllik ruhun vəziyyəti ilə bağlıdır. Mən üzüm üçün C vitamini istifadə edirəm. C vitamini olmadan bədən kifayət qədər kollagen istehsal etmir. Kollagen sayəsində dəri daha parlaq görünür və kiçik ləkələr yox olur" deyir ulduz.

Jared Leto

Jared Letonun görünüşü ilə bağlı sui-qəsd nəzəriyyəsi də var. Musiqiçiyə baxanda onun 52 yaşı olduğuna inanmaq çətindir. Buna görə də çoxları aktyorun əbədi yaşayacaq vampirə çevrildiyinə inanır. Jaredin “Morbius”dakı rolundan sonra heç kim onun özünə yarasa qanı vuraraq onlar kimi olması nəzəriyyəsini şübhə altına almır.

Maraqlıdır ki, Jared təkcə üzündə deyil, həm də bədənində çox gənc görünür. Onun hamar dərisi heç kəsi laqeyd qoymur. Leto özü iddia edir ki, gözəllik və gəncliyin sirri sağlam həyat tərzinin nəticəsidir. Ulduz yuxu rejiminə əməl edir, siqaret çəkmir, spirtli içki qəbul etmir, təmiz havada idman edir və ət yemir.

“Düzünü desəm, heç vaxt kosmetika ilə məşğul olmamışam, amma özümə təbii baxmağı xoşlayıram. Çalışıram ki, kifayət qədər yatım, çoxlu su içirəm”, – aktyor deyir.

Tomas Sanqster

Tomas Sanqster xanımı Talulah Rilelə evlənəndə bir çox insanlar yaşlarını şübhə altına almağa başladılar. Əslində, aktrisa ərindən dörd yaş yarım böyükdür. Amma Tomas onunla müqayisədə yaraşıqlı və gənc görünür. Onu çox vaxt “əbədi gənclik” və ya “yeniyetmə üzlü adam” adlandırırlar. Birincini kompliment hesab etmək olar, ikincisi isə aktyoru incidəcək.

Müsahibələrinin birində Tomas bəzən xarici görünüşünü bəyənmədiyini etiraf edib. Bir dəfə mağaza sahibi yetkinlik yaşına çatmadığı üçün ona spirtli içki satmaqdan imtina edib.

“Mən həmişə olduğumdan ən azı üç-dörd yaş kiçik görünmüşəm və bunun səbəbini bilmirəm. İnsanlar həmişə bu barədə məndən soruşurlar” o deyib.

Cim Parsons

Məlum olub ki, “Böyük partlayış nəzəriyyəsi”nin ulduzunun da yaşı 50-dən yuxarıdır. Aktyorun indiki fotolarını karyerasında əvvəllər çəkilmiş kadrlarla müqayisə etsəniz, hər hansı dəyişikliyi görmək üçün mikroskop lazımdır. Aktyor heç vaxt gəncliyinin sirlərini bölüşməyib. Bəlkə də niyə belə göründüyünü özü də bilmir. Yalnız bunun genetikanın və sağlam qidalanmanın nəticəsi olduğunu güman etmək olar.

Aleksandra Daddario

Mavi gözləri Aleksandra Daddarionun görünüşünə sanki saflıq və parlaqlıq verir. Aktrisa qeyri-adi "kukla" fiquruna görə bu illər ərzində dəyişməyib. Daddario təxminən 10-15 il əvvəl eyni görünürdü, ona görə də ulduzun həqiqi yaşını təxmin etmək çox çətindir. Yeri gəlmişkən, onun üzündə plastik əməliyyat və ya iynə izləri yoxdur. Bunun sirri dəriyə qulluq və müntəzəm idmandır.

Aleksandra deyir: "Mən 20 yaşında deyiləm və dərimə qulluq etmək üçün daha çox vitamindən istifadə edirəm".