Yazını böyüt
Yazını kiçilt
Rusiyada təcavüz cinayəti törədən xarici vətəndaşların deportasiyasını nəzərdə tutan qanun layihəsi gündəmdədir. Qanun layihəsini “mötədil müxalifət” sayılan Yeni Xalq Partiyası hazırlayıb.
Hafta.az-ın yazdığına görə, Dumaya təqdim edilən qanun layihəsində Rusiya vətəndaşlarını aşağılayan, incidən və onlara təcavüz edən xarici vətəndaşların deportasiyası nəzərdə tutulur.
Qanun layihəsində bu hərəkəti edən şəxslərə 4-5 min rubl məbləğində cərimə tətbiqi də təklif edilir.
Qanun layihəsini hazırlayanlar iddia edirlər ki, son vaxtlar Rusiyada əcnəbilərin qadınları alçaldıcı şəkildə incitməsi hallarının sayı artıb.