Yetkinlik yaşına çatmayan şəxs 35 yaşlı kişini qətlə yetirib

09:55 26.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 25-i 1988-ci il təvəllüdlü Tehran Mustafayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam edir.