Yevlaxda avtobus qəzaya uğrayıb - Yaralılar var

10:52 16.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

16.04.2025-ci il tarixində saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5-i qadın, 3-ü kişi cinsli olmaqla) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

"Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.