Yeyinti məhsulları istehsalında qaydaları pozanlar cərimələnib

13:37 06.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının, habelə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qeyd edilən normalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər keçirilib.

DİN-dən hafta.az-a verilən məlumata görə, nəticədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbələrinin pozulması faktları aşkar olunub.

Tədbirlərlə 6 şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati məsuliyyət tədbirləri görülüb.

 

Bu istiqamətdə Nərimanov rayonu ərazisində tədbirlər davam etdirilir.