Yol qəzalarında 3 nəfər xəsarət aldı

09:49 08.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda ağır yol qəzası baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Qədirov Elçin Həmdi oğlu xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb, həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diqanozu qoyulub.

 

Digər hadisə paytaxtın Nərimanov rayonunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü  Mustafayev Amil Qiyas oğlu yaralanıb. Xəstəxanaya aparılan yaralıya bədənin əzikləri diaqnozu qoyulub.

 

Ələt-Astara yolunda da bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzada 1993-cü il təvəllüdlü Bibişli İsak Təyyar oğlu ağır xəsarət alıb. Xəstəxanada həkim tərəfindən ona açıq kəllə-beyin travması diqanozu qoyulub. Hər üç faktla bağlı araşdırma aparılır. (“Report” )