Yollarda görünüş məsafəsi məhdudlaşacaq

11:06 27.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 27-də bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.