Yoluxmanın sayı kəskin azalıb

17:29 02.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 019 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 974 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 347 nəfərdir.

Ölkədə son sutka ərzində 4 297, hazırkı dövrədək isə 6 710 309 test aparılıb.