Zamanın donduğu saat qülləsi zəlzələ abidəsinə çevrilib

10:48 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Adıyamanda 46 il əvvəl tikilən saat qülləsi mərkəzi Kahramanmaraş olan zəlzələlər zamanı "04.17"də dayandığı üçün şəhərin simvolu olub.

Hafta.az-ın yazdığına görə, saat qülləsi dörd tərəfdən aparılan əlavə təmir işləri ilə daimi abidəyə çevrilib.

İşıqlandırılan saat qülləsinin dörd bir tərəfində zəlzələnin tarixi və vaxtı yazılıb.

Bütün istiqamətlərə baxan qüllənin saatları zəlzələ baş verən andan “04.17” göstərir.