Zaqatalada ağacəkmə aksiyası keçirilib

14:41 17.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Zaqatala rayonunda ağacəkmə aksiyasına başlanılıb. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən ağacəkmə aksiyası zamanı Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında 350 ədəd ağac tingi əkilib.

Hafta.az xəbər verir ki, bu haqda Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Aksiya çərçivəsində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Meşə İdarəsinin və yerli təşkilatların əməkdaşları iştirak ediblər.

Kampaniyanın oktyabr-noyabr ayları ərzində davam etdirilməsi nəzərdə tutulur.