Zavoddakı qaz sızması 2 nəfərin ölümünə səbəb olub

09:03 23.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Qərbi Virciniya ştatında kimya zavodunda baş verən qaz sızması iki nəfərin ölümünə səbəb olub.

Hafta.az xəbər verir ki, "Catalyst Refiners" zavodunda qismən bağlanmaya hazırlıq işləri zamanı qəza baş verib.

Zavodun ərazisində saxlanılan qablarda azot turşusu ilə kimyəvi reaksiya baş verib və nəticədə zəhərli hidrogen sulfid qazı əmələ gəlib. 30-dan çox insan zəhərlənib, onlardan ikisi ölüb. Öskürək, nəfəs darlığı, boğaz ağrısı və göz qıcıqlanmasından şikayətlənən zərərçəkənlər təcili yardım şöbəsinə aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır./“Associated Press”/