Zəhərlənən tələbələrin SON DURUMU

10:14 11.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Bu barədə hafta.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.