Zelenski jurnalistlərə kabab qonaqlığı verdi

13:39 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Vladimir Zelenski açıq havada media nümayəndələri ilə görüş keçirib.

 

Hafta.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edib və onları kabab qonaqlığına dəvət edib.

 

"Öz əllərimlə hazırladığım kabab, əla hava və həmişə olduğu kimi dostluq ab-havası. Tabular olmadan söhbət, kəskin suallar və dürüst cavablarım... Bu cür görüşlərin artıq ənənə halına gəlməsi çox xoşdur", - deyə Zelenski İnstaqram səhifəsində yazıb.

 

Qeyd edək ki, Ukrayna lideri bir il bundan əvvəl də oxşar görüş keçirmişdi. Prezident və media işçiləri birgə velosiped sürmüşdülər.