Məşhur araşdırmaçı “Bellingcat” nəşrinin təhqiqatçısı Xristo Qrozev jurnalist Mixail Ziqarla müsahibəsində Vladimir Zelenskinin qətlinin müharibənin lap əvvəlində necə planlaşdırıldığı barədə danışıb.
Hafta.az bu haqda “TSN”-ə istinadla məlumatr yayıb.
X.Qrozevin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Kiyevə Zelenskinin qətlini həyata keçirmək üçün gəliblər. Qrozevin sözlərinə görə, qruplaşma Ukraynaya müharibə başlamazdan bir neçə həftə əvvəl daxil olub.
“Onlar Kiyevə yaxın olmaq üçün Belarus ərazisinə daxil olublar. Onların bəziləri Kiyevə daxil olub, şəhərin siyasi məhəlləsini tutmaq niyyətində idilər.
Qruplaşmada general Andrey Averyanovun (Avropada bir sıra zəhərlənmə və partlayışlarda şübhəli bilinən bölməyə rəhbərlik edən Rusiya ordusunun generalı) tabeliyindəki 30-a yaxın adam olub. Qrozev deyir ki, bu, çox elit qrupdur.
Bunlar Çexiya və Bolqarıstanda anbarları partladan, Skripalları zəhərləyənlərdir.
“Biz bu komandanın bir neçə üzvünün ünsiyyətini izləmişik. Bu həm qorxulu, həm də gülməli idi. Bu, qorxulu idi, çünki onların məqsədlərinin nə olduğunu gördük. Gülməli idi, çünki onlar hər gün daha az vətənpərvər olublar və rəhbərliyi pis planlaşdırılmış əməliyyata görə tənqid etməyə başlayıblar”, - deyə araşdırmaçı bildirib.
Rusiya diversantlarının bir çoxu Ukrayna xüsusi xidmət qurumları tərəfindən zərərsizləşdirilib.
İndi sağ qalanların bəziləri Belarusdan Ukrayna ərazisinə təxribat reydlərini davam etdirirlər.
“Tezliklə bu əclafların adları açıqlanacaq. Qrozev araşdırmanı yaxın həftələrdə başa çatdıracağına söz verir, ona görə də təfərrüatları gözləyirik”, -deyə Ukrayna nəşri yazır.