Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb

10:52 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün - noyabrın 8-də yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5,1 maqnituda zəlzələ qeydə alınıb.

FHN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə nazirliyə məlumat daxil olmayıb.

Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.