Zərdabda birmərtəbəli ev yanıb

10:05 18.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab rayonunun Yarməmmədbağı kəndində ümumi sahəsi 270 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.