Zurab Çiaberaşvili: “Avropa İttifaqı və NATO-ya yolu “Gürcü arzusu” kəsib”

09:29 11.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“ABŞ-dan gürcü xalqına aydın bəyanatımız var ki, “Gürcü arzusu” rejimi altında gürcü xalqı üçün Avropa İttifaqı və NATO-ya gedən yol bağlanıb”.

Hafta.az-ın yazdığına görə, bu barədə “Vahid Milli Hərəkat”ın xarici istiqamət üzrə katibi Zurab Çiaberaşvili deyib.

Onun sözlərinə görə, ölkə oktyabrın 26-da dəqiq seçim etməli olacaq.

“Hazırda Avropa İttifaqına və NATO-ya gedən yol kəsilib. Oktyabrın 26-da bizi gözləyən 33 illik müstəqillik dövründə ən aydın seçim olacaq və xalqımız öz qərarını verməlidir”, – Çiaberaşvili qeyd edib.