​Mustafa Sandal məhkəmədə uduzdu

19:07 03.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur müğənni Mustafa Sandal keçmiş həyat yoldaşı Emina Jahovicə məhkəmədə uduzub.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Məhkəməsi Sandalın 2018-ci ildə yerli məhkəmə instansiyası tərəfindən çıxarılmış qərardakı öhdəlikləri yerinə yetirmədiyini müəyyən edib. Yeni qərara görə, Sandal keçmiş arvadı üçün Serbiyada ev almalı və 7 il əvvəl çıxarılan məhkəmə qərarında göstərilən maliyyə ödənişlərini həyata keçirməlidir.

Qərara əsasən, cütlüyün İstanbulun Beykoz rayonundakı evlərinin satışından əldə olunan 2 milyon dollar Jahovicə verilməli, 500 min dollar isə uşaqların təhsili üçün ayrılmalıdır.