"Abşeron"dan hasil edilən qazın həcmi açıqlandı

11:25 10.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə bir il ərzində 1.5 mlrd. m3-dən çox qaz və təxminən 580 min ton kondensat hasil edilib.

Hafta.az-ın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

 

“Abşeron”un mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd. m3-dən 6 mlrd. m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin, eləcə də regional və avropalı tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - nazir paylaşımda qeyd edib.