"Almaniyadan ilk ağır silahlar Ukraynaya iyunun 22-də çatdırılacaq" - Ukrayna səfiri

14:30 11.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Almaniya iyunun 22-də Ukraynaya “Panzerhaubitze 2000” haubitsalarını çatdırmaq niyyətindədir".

Hafta.az-ın yazdığına görə, bu sözlərini Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik NV-yə deyib. Diplomat bildirib ki, verilən vədlərə baxmayaraq, Almaniya indiyədək Ukraynaya bir dənə də olsun ağır silah göndərməyib.

“Almaniya bu günədək, Rusiyanın Ukraynaya qarşı müharibəsinin 108-ci gününədək Ukraynaya bir dənə də olsun, təkrar edirəm, bir dənə də olsun ağır texnika, heç olmaya artilleriya, haubitsa, piyada döyüş maşınları, tanklar çatdırılmayıb”,  -deyib səfir. 

Səfir qeyd edib ki, bununla belə, yaxın vaxtlarda ağır silahların tədarükü ilə bağlı ən azı iki vədin yerinə yetiriləcəyi gözlənilir. "Bizə təhvil veriləcək 7 özüyeriyən haubitsanı iyunun 22-də alacağıq", - Melnik bildirib.

Diplomat qeyd edib ki, "Leopard" tanklarının da təhvil veriləcəyi gözlənilir. "Bu tanklar çox köhnədirlər - 30 ədəd. Bildiyimə görə, 15 "Leopard" iyulun sonuna qədər, daha 15-i isə avqustun sonunadək Ukraynaya göndəriləcək. Bu, Almaniya hökumətinin bu günədək elan etdiyi və icra mərhələsində olan cəmi 2 qərarıdır", - o, əlavə edib.

Səfir Melnik Almaniyanın son aylarda Rusiyadan idxalı artırdığına da diqqət çəkib.