Astanadakı beynəlxalq yarışda daha üç medal

23:52 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” taekvondo çempionatında gənclərdən ibarət Azərbaycan yığma komandası daha üç medal qazanıb.

Hafta.az bildirir ki, taekvondoçularımız bu gün 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Komandamızın üzvü Nilufər Borci (49 kq) gümüş, Zəhra İsayev (44 kq) və Adil Kazımlı (73 kq) bürünc medalllara layiq görülüblər.

Dünən taekvondçularımız 1 gümüş və 2 bürünc medal qazanmışdılar.