"Azadinfo.az"saytının rəhbərinin şikayəti təmin olunmayıb

16:51 16.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) barəsində seçilmiş həbs-qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib. Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, “Azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Belə ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə «azadinfo.az» xəbər paylaşım platformasında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib, Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Qeyd edilənlərlə bağlı 9 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxunma sayı 20