"AzərEnerji" xüsusi avadanlıqlarla təchiz olunmuş kalonlarla Laçına daxil olub

15:18 26.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın şəhəri, Zabux və Sus Kəndləri Azərbaycan ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dərhal "AzərEnerji" ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş kalonlarla əraziyə daxil olub.

Bu barədə hafta.az-a "AzərEnerji"dən məlumat verilib.

Məlumata görə, məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. "Artıq mina təmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb",- deyə "AzərEnerji"dən əlavə ediblər.