"Azeri Light" yenidən bahalaşdı

10:10 14.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollara yaxın artıb.

 

Hafta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,81 ABŞ dolları, yaxud 0,95 % artaraq 86,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.