"BBC"nin Azərbaycandakı nümayəndəliyi bağlanıb

11:46 24.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"BBC"nin Azərbaycandakı nümayəndəliyi bağlanıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Qeyd edək ki, bundan əvvəl "BBC News" Azərbaycan Xarici İşlər Nazirliyindən şifahi bildiriş aldıqdan sonra ölkədəki ofisini bağlamaq barədə “istəksiz qərar” verib.

Bəyanatda qeyd edilib ki, "BBC News"un Bakıdakı jurnalistlər komandası fəaliyyətini dayandırıb.

Qeyd edək ki, media korporasiyası Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.