"Əlləri qanlı cinayətkar!" – İsraillilər naziri qan tökülməsində suçlayaraq bu kəndə buraxmadı...

14:34 05.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu gün İsrailin nəqliyyat naziri Miri Regev Beeri kibbutsunun(İsraildə ümumi kənd təsərrüfatı kommunası, kənd-S.L.) mətbəəsini ziyarət etməli idi. Lakin onun səfəri qəzəbli sakinlər tərəfindən durdurulub.

Hafta.az xəbər verir ki, bu haqda yerli “Walla” nəşri məlumat yayıb.

"Biz onun girişini bağladıq", -deyə bir kibbuts üzvlərindən biri bildirib.

"Miri Regev əli qanlı cinayətkardır. Təbii ki, "Likud"un(lideri hazırkı baş nazir B.Netanyahu olan əsas sağ ideoloji görüşlü hakim siyasi partiya-S.L.) nazirləri adamları şəxsən öldürməyiblər. Ancaq son 14 ildə onlar “HƏMAS”-ın hakimiyyətini gücləndiriblər və İsrail cəmiyyətini zəiflədiblər. Onların bu faciədə böyük rolu var”- deyə yəhudi sakin vurğulayıb.

Xatırladılır ki, Beeri oktyabrın 7-də “HƏMAS”-ın hücumundan ən çox zərər çəkən məntqələrdən biri olub. Orada azı 120 kibuts üzvü öldürülüb və daha çoxu girov götürülüb.