"Gecə reyslərinin bərpası qeyri-qanuni fəaliyyətin qarşısını ala bildi"- Nuridə Allahyarova

16:18 19.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl avtovağzal kompleksindən ölkənin bir neçə istiqamətində gecə reysləri fəaliyyətə başladı. Məqsəd isə qeyri-qanuni sərnişin daşımalarında yaranan problemləri və təhlükələri aradan qaldırmaq idi. Bu isə öz növbəsində Beynəlxalq Avtovağzal Kompleksinə düşən ümümi yükü də azaltmış olacaq. Çünki günün müəyyən saatlarında sərnişin sıxlığı yaşanırdı. Belə olan halda artıq gecə növbəsi ilə yola çıxmaq istəyənlərin sayında da artım müşahidə olunur.

Həqiqətən gecə reysləri hərəkət planında olan sıxlığı, yükü azalda bildimi?

Bu barədə hafta.az-a danışan Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova dedi ki, gecə reyslərinin  xəttə buraxılması  əslində ümümi reyslərin yükünü azaltmadı:

“Əsas məsələ qeyri-qanuni gecə reyslərinin qarşısını almaq idi. 70 faiz qeyri-qanuni işləyənlərin qarşısını ala bildi deyə bilərik. Gecə getmək istəyənlər gecə saatlarında qanunusuz sərnişin daşıma həyata keçirən sürücülərə müraciət edirdilər. Gün ərzində hər gecə iki gecə reysimiz yola çıxır. Məsələn, Gəncə zonasına iki dəfə belə avtobuslarımız yola düşür. Bu şəkildə davam etməklər qeyri-qanuni daşımları sıradan çıxara bildik. Bu planın məqsədi  ümümi yükü azaltmaq deyildi. Təbii ki, gündüz yola çıxmaq istəyən sərnişinlər də gecə reysləri ilə çox vaxt gedirlər. Bu faiz az olsa da, proses davam edir”.