"Gürcüstan üçün kədərli gündür" - Ben Kardin

10:48 29.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Prezidentin vetosunun parlament tərəfindən ləğvi səbəbindən Gürcüstan üçün kədərli gündür".

Hafta.az-ın yazdığına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin sosial şəbəkədə yazıb. Senator qeyd edib ki, Gürcüstan prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna qoyduğu vetonun parlament tərəfindən ləğv edilməsi onları məyus edib.

“Gürcüstan hökuməti tərəfindən Rusiya formalı xarici agentlər haqqında qanunun qəbul edilməsi səbəbindən Gürcüstan üçün kədərli gündür. Lakin xalq göstərdi ki, İvanişvilinin onların demokratiyasını məhv etməsinə və Avropa gələcəyini əlindən almasına imkan verməyəcək. Biz onları dəstəkləyirik”, - Ben Kardin bildirir.

Siyasət rubrikasından digər xəbərlər