"Keçmiş SSRİ ərazisində yeganə müstəqil dövlət Azərbaycandır" - Murat Özər

11:00 07.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sovet İttifaqının şinelindən çıxan respublikalardan heç biri müstəqi deyil. Yalnız Azərbaycan istisnadır. O da Türkiyənin dəstəyi ilə ayaqda dayanıb. Xüsusilə Qazaxıstan, nə vaxt müstəqil olub bu ölkə? Ermənistan Rusiyanın, Gürcüstan ABŞ-ın, Ukrayna Avropa İttifaqının ətəyindən yapışaraq ayaqda qalmağa çalışır".

Hafta.az-ın yazdığına görə, bu sözləri İMKANDER-in rəhbəri Murat Özər "Yeni Akit"də yazıb. Özərin sözlərinə görə, Qərb istəyir ki, onlardan asılı diktatorluqlar yaransın keçmiş Sovet ölkələrində. Odur ki, yeganə çözüm Türkiyə üsullu müstəqilləşmədir.

M.Özər qeyd edib ki, Ərdoğan sadəcə Türkiyə deyil, Orta Asiya və Yaxın Şərq üçün də problemlərə çözüm deməkdir. "Rusiyanın Orta Asiyada böyük planları var. Özbəkistan illərdir diktator nəzarətində idarə olunub. Bu gün Şövkət Mirziyoyevin Türkiyə ilə qurduğu yaxın əlaqələr olmasa, eyni qapalı rejim davam edəcəkdi. Qazaxıstan, Türkmənistan və Qırğızıstan müstəqil olsalar da, əslində heç vaxt Rusiyanın nəzarətindən çıxmayıblar”, - M.Özər yazıb.

Siyasət rubrikasından digər xəbərlər