Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) koronavirus (COVID-19) infeksiyasının müalicəsini araşdıran tədqiqatçılar tərəfindən işlənib hazırlanmış metod əqli mülkiyyət hüququ alıb və beləliklə də bu müalicə üsulu daha çox sayda pasiyentin diqqətini çəkib.
Hafta.az yazır ki, ötən ay ixtiraçı və tədqiqatçı doktor Endryu Venturanın rəhbərliyi ilə Əbu Dabi Kök Hüceyrə Mərkəzində həkimlər və tədqiqatçılar qrupu bədənin virusla mübarizə aparmasına və xəstəliyin əlamətlərini azaltmasına kömək edə biləcək yeni ixtira haqqında açıqlama veriblər. Müalicə kökhüceyrələrin xəstənin qanından çıxarılmasından və yenidən aktivləşdirildikdən sonra xəstənin ağciyərlərinə sprey vasitəsilə nəfəs almaqla daxil edilməsindən ibarətdir.
Müalicənin ilkin nəticələri ümidverici idi, çünki orta və ağır simptomları olan COVID-19–a yoluxmuş 73 xəstənin üzərində sınaqdan keçirilib və bütün xəstələr müalicənin effektiv olduğuna dəlalət edən müsbət reaksiyalar veriblər. Bununla belə, tədqiqatçılar nəticələrin hələ ilkin səviyyədə olduğunu və daha çox təhlilə ehtiyac olduğunu bildiriblər.
Əbu Dabi Kök Hüceyrə Mərkəzi bildirib ki, təhlillərin nəticəsi müalicənin effektivliyini və onun mövcud müalicə protokollarına əlavə qismində daxil edilməsinin təhlükəsiz olduğunu göstərib.
Şeyx Xəlifə Tibb Şəhərinin hematoloji və onkoloji şöbəsinin müdiri, kökhüceyrə layihəsi üçün baş tədqiqatçı, doktor Fatima əl-Kaabi deyib ki, kökhüceyrə müalicəsi alan xəstələrin vəziyyəti yalnız adi qaydada müalicə alanlardan daha sürətlə yaxşılaşıb. Əgər kökhüceyrə terapiyası alan xəstələr müalicənin ilk dörd günü ərzində klinik yaxşılaşma göstərisə, şərti terapiya alan xəstələrdə analoji nəticələr səkkiz gün sonra müşahidə olunub”.
"Vəziyyəti ağır olan xəstələrin kökhüceyrələri ilə müalicə müddəti və sağalma müddəti altı gün təşkil etdi. Bu ənənəvi müalicə alan xəstələrin sağalma müddətindən xeyli azdır və onlar xəstəxanada təxminən 22 gün keçirdilər", - deyib xanım Fatima əl-Kaabi.
Növbəti təhlillər göstərib ki, kökhüceyrə terapiyasını qəbul edən xəstələrin hamısı yeddi gündən az müddətdə, yalnız ənənəvi terapiya qəbul edən xəstələrin sağalma sürətindən 3,1 dəfə daha sürətlə sağalırlar. Testlər sübut edir ki, kökhüceyrə müalicəsi alan xəstələrin 67 faizi yalnız bu innovativ müalicə sayəsində başqa heç bir amillər olmadan tam sağalıb.
Əbu Dabi Kökhüceyrə Mərkəzindən, bu müalicədə əqli mülkiyyət hüquqlarını əldə edə biləcəyi bildirilib. Bu, BƏƏ höküməti tərəfindən rəsmi təsdiqin əldə edilməsindən sonra lisenziyalaşdırılaraq müalicə məlumatlarının başqaları ilə bölüşmək üçün yol açıb. Tədqiqatçılara nəticələri müqayisə etməyə imkan yaradan, kökhüceyrə müalicəsindən keçən 73 xəstənin məlumatlarının şərti müalicə alanların bərabər sayı ilə müqayisəsindən sonra müalicənin uğurlu olması təsdiqlənib. Tədqiqat həmçinin istənilən yan təsirin meydana gəlməsini qiyaslamış, 28 gün ərzində ölüm səviyyəsini və xəstənin nə zaman yaxşılaşıb xəstəxananı tərk edə biləcəyi vaxtı kotrol edib. Bundan başqa, məlumatlar xəstənin immun reaksiyasına və xəstəliyin ağırlaşma əlamətləri və laxtalanma testləri əsasında yoxlanılıb. Qanda hemoqlabin səviyyəsi 10-dan az olan və ya qanında hər-hansı infeksiyanın olduğu və bundan öncə xərçəng xəstəliyindən əziyyət çəkənlər, həmçinin 18 yaşına çatmayanlar ya xaric edilir, ya da başqa bir qeyri-ənənəvi müalicə alıblar.
Əbu Dabi Kökhüceyrə Mərkəzi tədqiqatçıların hazırda /üçüncü təcrübə mərhələsi/ ideal maksimum doza və astma, xroniki obstruktiv ağciyər xəstəliyi və kistik fibroz kimi digər tənəffüs xəstəliklərində müalicənin effektivliyini təyin etmək üçün müxtəlif sınaq mərhələlərini keçirir.