Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva Seulda rəqəmsal aktivlər mövzusunda keçirilən konfransda çıxışı zamanı kripto aktivlərinin maliyyə sistemi üçün risk olduğunu deyib.
Hafta.az-ın yazdığına görə, bildirib ki, qaydalar və infrastruktur toxunulmaz saxlanılmalıdır.
İddiasını dəstəkləmək üçün Georgeva xatırladıb ki, FTX-in təsisçisi fırıldaqçılıq işində “günahkar” tapıldıqdan sonra dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-in qurucusu da çirkli pulların yuyulması ittihamlarını etiraf edib. O, kripto sənayesinin parlaq nüfuza sahib olmadığını deyib.
Kripto aktivlərin geniş yayılacağı təqdirdə təsirlərinin nəzərə alınması lazım olduğunu vurğulayan Georgieva bildirib ki, “Burada problem kriptovalyutaların yüksək səviyyədə mənimsənilməsinin makro-maliyyə sabitliyini zəiflədə bilməsidir”.
“Məqsədimiz kriptovalyuta risklərinin qarşısını almaq üçün infrastruktur və qaydalar təqdim etməklə, onun bəzi texnologiyalarından yararlanmaqla daha səmərəli, qarşılıqlı fəaliyyət göstərən və əlçatan maliyyə sistemi yaratmaqdır”, - o, deyib.
Georgieva qeyd edib ki, yaxşı qaydalar innovasiyaları həvəsləndirə və istiqamətləndirə bilər.