"Meymunçiçəyi virusuna 3,2 milyard insan yoluxacaq - BU QƏDƏR İNSAN ÖLƏCƏK..." - QORXUNC RƏQƏMLƏR

13:09 26.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son günlərin ən çox müzakirə mövzusu olan Meymunçiçəyi virusu ilə bağlı şokedici iddia ortaya çıxıb.

Hafta.az-ın yazdığına görə, İspaniya mətbuatında yayımlanan bir məqalədə deyilir ki, Meymunçiçəyi virusunun yayılacağına dair söhbətlər hələ ötən ilin noyabr ayında olub. Belə ki, İspaniya səhiyyə təşkilatının 2021-ci ilin noyabrında keçirilən yığıncağında, Münhen Təhlükəsizlik Konfransının həmin ilin mart ayında keçirilmiş iclasında səslənən fikirlərə istinad edilərək, bu xəstəliyin məhz 2022-ci ilin may ayında sürətlə yayılmağa başlayacağı bildirilmişdi. 

Məqalədə daha sonra qeyd olunur ki, Meymunçiçəyi xəstəliyi 2022-ci ilin may ayında yayılmağa başlayacaq və 2023-cü ilin dekabrınadək yayılmağa davam edəcək və bu müddətdə dünya üzrə 3,2 milyard insanı yoluxduracaq. Ən qorxulusu isə, bu xəstəlik nəticəsində 271 milyon insanın ölə biləcəyinə dair gözləntilərin olduğu bildirilib.