Yazını böyüt
Yazını kiçilt
Qərbi Zəngəzurda iqtisadi-sosial problemlər içində boğulan ermənilərin acınacaqlı durumu erməni fermerləri çıxılmaz duruma salıb.
Hafta.az erməni mətbuatına istinadla bildirir ki, artıq yerli fermerlər mövcud vəziyyətin onların sonunu gətirdiyini deyirlər.
"Kəndlərdə problemlər davam edir, məyusluq, köç, aclıq" Bu fikirlər fermer Tiqran Eqoyana aiddir.
Onun sözlərinə görə, Zəngəzurda əkin sahələri yoxdur, su anbarları boşdur, su elektrik stansiyaları hələ də məhsulun suvarılmasına mane olur.
"Heç nə dəyişməyib, sadəcə rollar dəyişib, soyğunçuluq davam edir. Bir vaxtlar Serj Sarkisyan haqqında deyirdilər ki, o, vəziyyətə nəzarət etmir, amma indi Nikol eyni mövqedədir”, - deyə Tiqran Eqoyan əlavə edib.