“Müəllimlərin hüquqi, sosial və maliyyə baxımından qorunmalı və adekvat təmin edilməlidir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Abdulla Avloni adına Milli Pedaqoji Bacarıqlar İnstitutunun nümayəndələri ilə söhbətində deyib.
“Ölkənin və xalqın rifahı üçün mərdliklə mübarizə aparan, fəal vətəndaş mövqeyinə malik olan savadlı və yaradıcı nəsili kim yetişdirəcək? Təbii ki, siz zəhmətkeş və həvəsli müəllimlər. Bunun üçün ilk növbədə müəllimin özü hüquqi, sosial və maliyyə tərəfdən qorunmalı və lazımi səviyyədə təmin edilməlidir. Yalnız bundan sonra o, özünün əsl insani və peşəkar keyfiyyətlərini nümayiş etdirə biləcək”, - prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illər bu sahədə çalışdığı üçün müəllim işinin nə qədər çətin və əziyyətli olduğunu yaxşı bilir.
“Yenilənmiş Konstitusiyamızda müəllimin, dünyada hörmətli insan statusunu gücləndirmək, bu peşəni cəmiyyətdə ən nüfuzlu işə çevirmək uzun illər arzum olub”, - deyə president bildirib.
Şavkat Mirziyoyev bildirib ki, “Müəllimlərin statusu haqqında” qanun qəbul edilib.
“Kim müəllimə təzyiq göstərib, onu peşə fəaliyyətinə aid olmayan işlərə, müxtəlif görüşlərə cəlb etməyə cəhd göstərərsə, həmin qanun əsasında məsuliyyət daşıyacaq”, - dövlət başçısı bildirib.