Yazını böyüt
Yazını kiçilt
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2024” təlimindəki çıxışında ölkəsinin Ukraynadakı sülh səylərinin pozulduğunubildirib.
Hafta.az-ın yazdığına görə, o, "Hazırda dünyada qarşıdurmaların, siyasi böhranların və toqquşmaların ən şiddətli olduğu coğrafiyadayıq. Bəşəriyyətin gündəmini zəbt edən bütün hadisələr Türkiyənin bilavasitə yaxınlığında cərəyan edir. Rusiya ilə Ukrayna arasında müharibə artıq 3-cü ilinə qədəm qoydu. Təəssüf ki, İstanbul prosesi ilə ədalətli sülhün bərqərar edilməsinə yönəlmiş səylərimiz müharibə lobbiləri tərəfindən əngəlləndi" deyib.