Pegasus Hava Yolları kabin baqaj tətbiqində dəyişiklik edib. Qəbul edilən qərara görə, “yüngül” uçuş paketi alan sərnişinlərin uçuş zamanı kabin baqajını daşımaq hüququ olmayacaq.
Hafta.az-ın yazdığına görə, qəbul edilən qərara əsasən, sərnişinlər həm salondakı, həm də baqajdakı yükləri üçün əlavə ödəniş etməli olacaqlar.
Fevralın 14-dən etibarən Pegasus beynəlxalq ekonom sinif (Super Eko) biletləri olan sərnişinlərdən kabin baqajı üçün əlavə ödəniş alacaq. “Super Eko - Light” sinifli biletlər üçün sərnişinlərə kabin baqajını daşımaq qadağandır. Bu sərnişinlər yalnız noutbuk və ya oturacağın altına sığacaq qədər kiçik çanta götürə biləcəklər.
Əvvəlki təcrübədə ekonom klass bileti alan sərnişinlərə adambaşına 15 kiloqram baqajın pulsuz daşınması təklif edilirdi. Ekonom sinif bileti alan sərnişin pulsuz baqajdan əlavə yemək xidməti almaq üçün əlavə ödəniş etməli idi.