"Problemin olduğunu deyirlərsə, Azərbaycan hökuməti buna cavab verməlidir" - Osman Gündüz

15:38 01.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl Çinin “Huawei” şirkətinə məxsus telefonlarla bağlı iddialar ortaya çıxdı.  Belə ki, ABŞ-ın Ticarət Nazirliyi milli təhlükəsizliyə təhdid səbəbindən Çinin "Huawei" telekommunakisya şirkətini və onunla bağlı hüquqi şəxsləri mayın 16-da qara siyahıya salmaq qərarına gəlindiyi deyildi. Bundan sonra "Google" korporasiyası Çin şirkəti ilə biznes əlaqələri dayandırdı.

Azərbaycanda da sözügedən şirkətin smartfonlarının kifayət qədər satıldığını nəzərə alsaq, bu kimi iddialardan sonra təlabatın azalmaması elə də görünməyən deyil.

Ötən günlərdə də daha bir məşhur marka “Honor” telefonları ilə bağlı söz-söhbətlər müzakirəyə çevrilib. Azərbaycanın böyük telefon dillerlərindən biri olan  “İrşad Electronics”  “Honor” smartfonları ilə bağlı açıqlama verib.

"Honor" üçün alıcılarının etibarı isə ən dəyərli və önəmli amildir. İstərsə aktual, istərsə yeni model "Honor" smartfonlarında əməliyyat sistemi avtomatik olaraq yenilənir (hal-hazırda bu keçən həftə yenilənən IMUI 9.0.1. əməliyyat sistemidir). Ən populyar "Honor 8X!" və" Honor 10 Lite" modellərinin də əməliyyat sistemi artıq yenilənib. "Honor" smartfonlarında Google Play və Android daxil bütün servislər öz qaydasında fəaliyyət göstərməkdədir. Eyni zamanda yeni təqdim olunmuş "Honor" modellərində də bütün servislərin problemsiz şəkildə fəaliyyət göstərdiyini də təsdiqləmək istərdik. Bu modellər sırasında Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın və əlbəttə ki, Çinin bazarlarında xüsusi rəğbət qazanmış "Honor 10i" və "Honor 20Series" modellərini xüsusi qeyd etmək istərdik. "Honor" mayın sonunda təqdim olunan və iki həftə ərzində 1 milyondan çox sayda satılan "Honor 20" modeli ilə öz seqmentində ən tələb olunan smartfon istehsalçısı olaraq qalır. "Honor" flaqmanlarının tezliklə Azərbaycan bazarında da alıcılara təqdim olunacağı isə çox sevindirici bir xəbərdir”.

Mövzu ilə bağlı hafta.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dedi ki, təhlükəsizliklə bağlı problemin olduğunu deyirlərsə Azərbaycan hökuməti buna cavab verməlidir:

“İlk öncə bunun fərqində olunmalı və araşdırılmalıdır. Öz partnyorları ilə dərhal əməkdaşlığı dayandırmaq da düzgün deyil. Öyrənilməlidir ki, hansı ölkələrin biznes marağı, hansı ölkələrin siyasi marağları var. Diqqətə çəkiləsi marağ isə, Azərbaycanın milli maraqlarıdır. Bizim milli təhlükəsizliyimiz əsas məsələdir. Bu asan bir məsələ deyil, qərar qəbul etmək lazımdır”.

O. Gündüz ölkədə fəaliyyət göstərən telefon dillerlərinin hələ ki, o şirkətlərlə tərəfdaşlığı dayandırmasını düzgün hesab etmir:

“Əgər labaratoriyadan keçirilirsə, sertifikatlar alıblarsa və ya dövlət təhlükəsizlik orqanlarının xüsusi rəyi vardırsa bu halda inandırıcı ola bilər. Ona görə də Azərbaycanda o markaların satışını həyata keçirən şirkətlər tərəfdaşlıqdan imtina etməli deyil. Ancaq yenə xatırlatmaq istəyirəm ki, burada əsas məsələ odur ki, bu problemlə bağlı araşdırma aparılmalıdır”.

İqtisadçı Natiq Cəfərli hesab edir ki, əslində buna qara piyar kompaniyaları da demək olar: “Çünki rəqib şirkətlər bir-birinin bazardakı yerini qısqanclıqla yanaşaraq və ya o yeri tutmaq üçün bu addımları atırlar. Dəfələrlə belə hadisələr olub. Bu təkcə mobil telefon istehsalçıları yox, televiziya, komputerlə bağlı belə qara piyarlar aparılıb. Bir neçə il öncə “Dell” komputerləri haqqında belə iddialar ortaya çıxmışdı. Onların kameralarının istənilən açılması və söndürülmüş halda evin içini göstərə bilməsi kimi fikirlər mövcud idi. Bu da bazara psixoloji təsirlər edir. Adı hallanan şirkətlərin satışının azalması, əvəzində rəqib şirkətin məhsullarının artmasına gətirib çıxarır. Əgər telefona təlabat varsa bu təlabat hansısa yolla yerinə yetirilir. Sadəcə o məhsulların yeri və çəkisi bazarda dəyişir. Düşünmürəm ki, belə kompaniyalar istehlakçılarda marağı azaldır. Azərbaycanda son on ildə telefondan istifadənin həcmi 6 dəfəyə qədər artıb. Bu da o deməkdir ki, bun kimi səblər artınmın qarşısını ala bilməz”.