"Qalatasaray"ın keçmiş hücumçusu Türkiyəyə geri qayıda bilər

20:11 31.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qremio"nun hücumçusu Karlos Vinisius karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Trend Braziliya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı forvardın xidmətində “Başakşəhər” maraqlıdır.

İstanbul təmsilçisi təcrübəl forvarda görə “Qremio” ilə danışığa keçib. Onun Braziliya klubu ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.

Vinisius “Napoli”, “Rio Ave”, “Monako”, “Benfika”, “Tottenhem”, PSV, “Qaalatasaray” və “Fulhem” klublarında oynayıb.