"Qarabağ"dan növbəti transfer

19:05 24.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Hafta.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.